“Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh şəraitində yaşayacaq”
- 14.10.2020, 23:30,
- Sosial / Müsahibə / Xəbər
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq"."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
Tovuzda yaşayan erməni əsilli
Alivina Marqosyanın videosunu paylaşan H.Hacıyev bildirib: “79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı - xanım Marqosyan Alivina Sarkisovna. Ermənilərin Azərbaycanda dinc yaşamasının başqa bir təzahürü. Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqət, sülh və firavanlıq şəraitində yaşayacaq”.