İrşad Electronics döyüşən və səfərbər olan müştərilərin kreditlərini dondurdu

  • 30.09.2020, 21:00,
  • Sosial
  • Baxılıb: 14
İrşad Electronics döyüşən və səfərbər olan müştərilərin kreditlərini dondurdu

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağ uğrunda döyüşlərdə iştirak edən hərbçilərin ailələrinə dəstək olmaq naminə müxtəlif tədbirlər reallaşdırmağa davam edir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurdu. Qələbəyə yaxınlaşdığımız hər addımda döyüşçülərimizin gözü arxada qalmasın deyə şirkət dəstək üçün mütəmadi addımlar atır.

Xatırladaq ki, ötən gün ordumuza dəstək olmaq məqsədi ilə İrşad Electronics Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb.

Şirkət qələbə uğrunda gedən döyüşlərdə orduya qoşulan öz əməkdaşları da daxil olmaqla bütün hərbçilərə sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter