Mehriban Əliyevadan Ramazan paylaşımı - Foto
- 02.04.2022, 00:30,
- Sosial / Xəbər
Baxılıb: 77
Facebook
Вконтакте
Одноклассники
Google+
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib.“Qanunyolu.info.az” xəbər verir ki, paylaşımda deyilir:
“İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”