“Azəriqaz” rəhbərindən yenilik - Video
- 13.07.2021, 10:30,
- Sosial / Xəbər
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev feysbuk üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq."Qanunyolu.info.az" xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bununla da onların problemlərinin daha operativ həllinə çalışılacaq.
Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib. Telefon danışığı zamanı Baş direktor Birliyin müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapması ilə bağlı qeydə alınan müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır.
Bununla da, qrup zənglərə qoşulan struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edəcək.
“Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün bundan sonra gün ərzində ayrı-ayrı saatlarda “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin zənglərini qəbul edəcəksiniz. Belə zənglər zamanı fikirlərinizi sərbəst səsləndirməkdən çəkinməyin”, - deyə açıqlamada vurğulanıb.
