“Adambaşına 5-10 manat arası fitrə zəkatı verin” - QMİ sədri
- 11.05.2021, 13:00,
- Sosial / Xəbər
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü- Bayram axşamı şam namazından sonradır”.“Qanunyolu.info.az” xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa Ramazan bayramı təbrikində deyib.
“Qazılar Şurasının Fətvasına görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, - deyə Şeyx bildirib.