Sahibkarlığın inkişafına vurulan zərbə Azərbaycan iqtisadiyyatının məhvi deməkdir

Sahibkarlığın inkişafına vurulan zərbə Azərbaycan iqtisadiyyatının məhvi deməkdir

“Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”!
İLHAM ƏLİYEV


Nazirlər kabinetinin 21.12.2018ci il tarixli Qərarına əsasən Sahibkarlıq subyektlərinin meyarları təsdiq olunub. Sahibkarlıq yalnız biznes və ya bazar iqtisadiyyatı deyil. Sahibkar öz işinə uğurla başlamaq, onu uğurla davam etdirmək və bu uğuru qorumaq üçün bir sıra hüquqi qaydalara riayət etməli və ona vurulan maddi və mənəvi zərərdən özünü qorumaq üçün vətəndaşı olduğu dövlətin və ya vilayyətin konstitutsiya qanunlarını bilməlidir.

Bəzən sahibkar illərlə çəkdiyi əziyyətdən heç bir gəlir əldə etmədən onu itirməklə üz-üzə qalmaq riskini aradan qaldırmaq üçün dövlətin hüququna sığınır. Məhz bu zaman məmurlarla sahibkarlar qarşı-qarşıya durur.

Respublika Qadın Sahibkarlar Cəmiyyətinin İctimai Birliyinin sədr müavini, Lənkaran şöbə sədri, Hacı xanım İsmayılova Zərintac İsmayıl qızı öz rayonlarında məmur özbaşınalığının qurbanına çevrilib. Belə ki, Ümummilli Liderimiz Heydər Əliyev və hörmətli Prezidentimiz İlham Əliyev cənablarının tövsiyyələrinə əsasən, ölkəmizdə gedən abadlaşdırma işlərinə təkan verərək, 07.10.2019cu il tarixində 07 saylı Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə Lənkəran Regional Təsərrüffat Mərkəzi HAFTONİ meşəbəyliyindən 2 ha meşə sahəsini, 15 il müddətində müqavilə ilə icarəyə götürmüşdür..
Sahibkarlığın inkişafına vurulan zərbə Azərbaycan iqtisadiyyatının məhvi deməkdir

Ancaq bəzi məmurlar Z.İsmayılova xanımın iş fəaliyyətinə xələl gətirərək, xanımda ruh düşgünlüyü yaradaraq, dövlət hüquqlarımıza zidd olaraq Zərintac xanıma aid sahəni 13.05.2020-ci ildə saxta müqavilə ilə “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi adı altında fəaliyyət göstərən təşkilatına yəni, Xalid Məmmədova iki illiyə icarəyə veriblər.15 illik müqavilə bitmədən, əlində icarə torpaq çıxarışı olduğu halda saxta müqavilə ilə Zərintac xanım İsmayılovaya aid olan meşə sahəsini necə 2-ci şəxsə icarəyə vermək olar ?!

Bununla əlaqadar olaraq xanım Zərintac İsmayılova Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında meşələrin inkişafı xidmətinin rəisinin yəni Namiq Xıdırovun yanında olub və haqlı iradlarını bildirib. Sahibkarlıq etdiyi halal əməyinə mane olanlara Prezidentimizin çıxışlarından olan bəzi sitatları xatırladıb. Xanım Z.Ismayılovanın iradlarına məhəl qoymayan “məmur-rəis”, Namiq Xıdırov sahibkar Zərintac xanımın bir Türk qadını-Türk Anası olmasını da unudub.

Xanım Z.Ismayilova qarşı tərəfin nəlayiq təhqirlərinə məruz qalıb.. Namiq Xıdırov “Meşə mənimdi, özüm bilərəm kimə verərəm!”- deyərək şəxsiyyətini alçaltdığı xanımın Sahibkarlıq işlərinə qara qüvvə kimi kölgə salıb…Bu qədərmi dövlətdə özbaşınalıq hökm sürür?!

Sahibkar Zərintac İsmayılova haqqını tələb etmək üçün Azərbaycan Respublikası Lənkəran Rayon Məhkəməsinə yazılı şikayətini bildirib. Lənkəran dövlət hüquq orqanlarında da bu məsələ haqsız tərəfin hüquqlarını qoruyub. Qadın sahibkar Zərintac xanımın hüquqları tapdalanaraq, ona küllü miqdarda maddi zərər dəyib. Eyni zamanda ciddi psixoloji təsirlərə məruz qalıb.

Bizim güclü dövlətimiz və mükəmməl qanunlarımız var. Ümidvarıq ki, bu haqsızlıq yerdə qalmayacaq...

Mən Prezidentimiz İLHAM ƏLİYEV cənablarına və Dövlət qanunlarımıza inanıram.

"Şah qanun deyil, qanun şahdır"

"Qanunyolu.info.az" xəbər portalı rəhbəri
Arif Süleymanlı
Şöbə müdiri
Elnarə Mustafayeva
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter