Ərdoğan Azərbaycanı belə təbrik etdi
- 18.10.2020, 18:00,
- Siyasət
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 Oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Ərdoğan Prezident İlham Əliyevlə olan fotosunu paylaşaraq bu fikirləri qeyd edib:
“Can qardaşımız, can dostumuz Azərbaycanın 18 Oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.