Tural Gəncəliyev AŞPA-nın onlayn iclasında erməni təxribatından danışdı

  • 16.10.2020, 17:10,
  • Siyasət
  • Baxılıb: 10
Tural Gəncəliyev AŞPA-nın onlayn iclasında erməni təxribatından danışdı

Bu gün AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin onlayn iclası keçirilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, iclasda erməni nümayəndə heyətinin üzvləri ölkəmizin əleyhinə əsassız ittihamlar səsləndiriblər. Erməni deputatlarının ardınca çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Tural Gəncəliyev tutarlı faktlarla erməniləri susmağa məcbur edib.

İcma rəhbəri avropalı parlamentarilərin diqqətinə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki əhalinin atəşə tutulması, çoxmənzilli binaların dağıdılması, Tərtər rayonunda dəfn mərasimi keçrilən qəbristanlığın raket atəşinə məruz qalması və nəticədə mülki insanların həlak olması, döyüş bölgəsində AZTV-əməkdaşlarının atəşə tutulması faktlarını çatdırıb.

T.Gəncəliyev bütün bunlarla yanaşı Şuşa sakini olduğunu və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi üzündən 28 ildir öz yurduna qayıda bilməməsini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter