Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

  • 07.10.2020, 11:40,
  • Siyasət
  • Baxılıb: 10
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 250-dək tank və digər zirehli texnika;

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 60-dək hava hücumundan müdafiə vasitələri;

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 8 silah-sursat anbarı;

- 150-dək avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter