“Bu, Ermənistanda daxili vəziyyəti gərginləşdirəcək”

  • 06.10.2020, 17:55,
  • Siyasət
  • Baxılıb: 5
“Bu, Ermənistanda daxili vəziyyəti gərginləşdirəcək”

“Ermənistan döyüş mövqeyində məğlubiyyətə uğradığına görə, mülki əhalini vurmaqla ölkə daxilində narazılıq, panik əhval-ruhiyyə yaratmağa çalışır. Bununla da, Azərbaycanı onun təklif etdiyi atəşkəsə razı olmağa sövq edir”.

Bu sözləri "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O qeyd edib ki, müharibə dönəmində hər şey qaydasız olmur, hərbi əsirlərlə, mülki əhali ilə, mülki obyektlərlə davranma qaydaları var:

“Lakin Ermənistan bu qaydaları kobud şəkildə pozur. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini atəşə tutması nəticəsində ölkənin hava məkanından uçuşlar həyata keçirən mülki təyyarələr üçün də təhlükəli vəziyyət yaranıb. Nə birinci, nə də ikinci Qarabağ savaşında Ermənistan beynəlxalq hüquq normalarına, beynəlxalq konversiyalara riayət etməyib. Həm mülki əhali, həm də hərbi əsirlərlə davranış qaydalarını pozub, Azərbaycanda çoxsaylı qətliamlar törədib. İndi də eyni funksiyanı davam etdirir”.

İ. Ağazadə əlavə edib ki, bizim tək işimiz torpaqlarımızı işğaldan azad edib, ən azı təhlükəsiz yaşamı bərpa etməkdir: “Bu cür qonşumuz olduğu üçün gələcəkdə ölkə üçün təhlükə törədə biləcək amillərdən qaça, özümüzü qoruya bilək”.

Partiya sədri həmçinin vurğulayıb ki, Azərbaycanın əks-hücum əməliyyatları Ermənistanda daxili vəziyyəti gərginləşdirəcək: “Bizim birinci vəzifəmiz torpaqlarımızı işğaldan azad etməkdir. Torpaqlarımızı işğaldan azad etdikcə, əvvəlcə mənəvi, sonra hərbi –siyasi, daha sonra isə hakimiyyət böhranı Ermənistanda qaçılmaz olacaq. Biz vəziyyəti nəzarətdə saxlamalıyıq. Hakimiyyətdə Paşinyan olduğu vəziyyətdə də, siyasi, mənəvi və hakimiyyət böhranı yarandığı anda da biz maraqlarımızı daha sürətlə və daha cəld həyata keçirməliyik. O maraqlar isə torpaqlarımızı işğaldan azad etməkdir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter