Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi
- 08.05.2020, 20:35,
- Siyasət / Sosial / Xəbər
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqlayıb."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter səhifəsində yazıb:
"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir.
Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir.
Qarabağ Azərbaycandır!".