“Azərbaycan Ordusu sülhə məcburetmə əməliyyatını davam etdirir”
- 03.10.2020, 17:00,
- Siyasət
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Baş Prokurorluğun keçirdiyi brifinqdən sonra jurnalistlərin suallarını cavablandırıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, H.Hacıyev deyib ki, Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir: “Bu, Ermənistanın bir daha hər hansısa bir dəyərdən, sivil davranışlardan kənar olduğunu nümayiş etdirir. Biz beynəlxalq ictimaiyyətə və aidiyyəti strukturlara da müraciət etdik ki, müharibə şəraitində mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir.
Amma Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımında nümayiş etdirir. Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və mülki şəxslərə qarşı hücumları həyata keçirir. Azərbaycan Respublikası özünün yüksək dəyərini, yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək beynəlxalq humanitar hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir, onların neytrallaşdırılması təmin olunur.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinin bütün istiqamətləri üzrə effektiv, təsirli, sülhə məcburetmə əməliyyatı davam etdirilir. Burada da məqsəd Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin təmin edilməsidir. Ermənistan tərəfi son dövrlər raket texnologiyalarından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycan Respublikası da legitim hərbi hədəflərə qarşı adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır”.
