“Makronun açıqlamaları Avropa dəyərlərinə uyğun gəlmir”
- 02.10.2020, 18:10,
- Siyasət
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
"Fransa Azərbaycan dost ölkələrdir! Fransa prezidenti Makronun açıqlaması böyük təəssüf hissi yaradır"."Qanunyolu.info.az" xəbər verir ki, bunu deputat
Nurlan Həsənov deyib: “Ortada BMT Təhlükəsizlik Şurasının bəyannamələri var, hamılıqla tanınan beynəlxalq hüquq norma və prinsipləri var, hansı ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və Ermənistanın işğalçı dövlət olduğunu göstərir! O vaxt bu bəyannamələr qəbul edilərkən, Fransa həmin bəyannamələrin qəbul edilməsinə hətta dəstəyini bildirib! İndi nə dəyişib? Belə çıxır ki, Makron BMT Təhlükəsizlik Şurasının qətnamələrini, yəni BMT Təhlükəsizlik Şurasını artıq heçə sayır! Bu Fransanın Minsk qrupunda həmsədr kimi obyektivliyini ciddi və açıq şəkildə sual altına salır! Münaqişənin indiyədək sülh yolu ilə həll edilə bilməməsinin səbəbi elə məhz bu kimi qeyri-obyektiv yanaşmalar olub! Minsk qrupu indiyədək öz fəaliyyətini beynəlxalq hüquq normaları, hüququn aliliyi prinsipi ilə təşkil edə bilsəydi, münaqişə çoxdan həll olunar, regionda sülh bərqərar olardı! Beynəlxalq hüququ heçə sayan bir qurumdan obyektiv şəkildə sülhü təmin etməsini gözləmək nə dərəcə doğru olar? Minsk qrupu həmsədr ölkənin prezidenti nə üçün separatizmi dəstəkləyir?
Bu açıqlama Avropa dəyərlərinə ziddir, hüququn aliliyinə, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür! Azərbaycan hər zaman sülh arzusunda olub, müharibəni, etnik qarşıdurmanı pisləyib! Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa etmək istəyir! Çətin zamanlarda kim dost kim düşmən daha yaxşı ayıra bilirik! Bu baxımdan Qardaş Türkiyənin Azərbaycanın haqq mübarizəsində birmənalı, qarşılıqsız dəstəyini Azərbaycan xalqı heç vaxt unutmayacaq!”
