Baş Prokurorla Hərbi Prokuror cəbhəboyu zonada - Fotolar
- 26.09.2020, 12:50,
- Siyasət
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Baş prokuror Kamran Əliyev, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.
Hərbi qulluqçularla görüşlər zamanı Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb. K.Əliyev hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edib.
