“Beynəlxalq təşkilatlar gənc nəslin beynini yuyur”
- 21.09.2020, 12:00,
- Siyasət
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hesab edirəm ki, artıq yerlərdə Gənclər və idman idarəsinin, yaxud icra hakimiyyətinin nəzdində icra nümayəndəliyindən və bələdiyyələrdən əmək haqqı alan gənclərimiz olmalıdır”."Qanunyolu.info.az", “Qafqazinfo” -y istinadən xəbər verir ki, bu təklifi deputat Cavid Osmanov Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında səsləndirib.
Deputat qeyd edib ki, XXI əsrdə ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən yetişməkdə olan gənc nəslin beyinlərinin yuyulması prosesi gedir: “Ölkəmizdə də “beşinci kolon” nümayəndələri də bu istiqamətdə işlər aparırlar. Hesab edirəm ki, artıq yerlərdə Gənclər və idman idarəsindən, yaxud icra hakimiyyətinin nəzdində icra nümayəndəliyindən və bələdiyyələrdən əmək haqqı alan gənclərimiz olmalıdır. Bu məsələni Nazirlər Kabineti qarşısında qaldırmalıyıq. Belə etsək, ətrafımızda daha çox gənclər olar. Həmçinin qısa müddətdə yeni peşəkar kadrların yetişdirilməsinə nail ola bilərik. Eyni zamanda ölkə rəhbərliyi tərəfindən gənclər və idman sahəsində aparılan işlərin gənclər arasında təbliğini təşkil edə bilərik”.
