Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam

  • 25.08.2020, 09:30,
  • Siyasət
  • Baxılıb: 20
Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərə orden və medalların verilməsi haqqında sərəncam imzalayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, Gömrük Xidmətinin general-mayoru İqbal Babayev də var. Ukrayna Prezidentinin sərəncamı ilə İ.Babayev “Əmək və şücaətə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev Milli İnşaat və Memarlıq Universitetində (KNUBA) oxuyub. 1986-1987-ci illərdə isə həmin universitetin istehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə KNUBA-nın aspiranturasına qəbul olub və müəllimlik fəaliyyətini davam etdirib.

1989-cu ildə əldə olunan nəticələrin və elmi işlərin səmərəliliyinə görə “Ən yaxşı ixtiraçı” adına layiq görülüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter