Siyavuş Novruzov toya getməsindən danışdı
- 21.08.2020, 15:00,
- Siyasət / Sosial
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Deputat Siyavuş Novruzov həyat yoldaşı Ombudsman Səbinə Əliyeva ilə birgə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsinə münasibət bildirib."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, S. Novruzov Yenisabah.az-a açıqlamasında bildirib ki, toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib:
"Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub. Hər bir masanın arasında 3-4 metr məsafə var idi. Toyda iştirak eləmişəm, düz eləmişəm.
Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər".