Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin evlərdən ikisi Abdullayev Taryel Yusif oğluna, digəri isə Dilman Səfərova məxsusdur.
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, mülki şəxslər arasında xəsarət alan yoxdur.