Sərt karantin rejimi daha iki həftəlik uzadılacaq - Video
- 30.06.2020, 18:00,
- Siyasət
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda iyulun 5-dən sonra karantin rejiminin iki həftəlik uzadılması üçün təkliflər var. Fikir ondan ibarətdir ki, karantin rejimi uzadılsın". "Qanunyolu.info.az", "Qafqazinfo"nun verdiyi xəbərə istinadən, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın keçirilən brifinqində deyib.
O bildirib ki, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla mütəmadi münasibətlər qurur: "Dünya miqyasında koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil. Qarşıda bütün dövlətləri qeyri-müəyyənlik gözləyir, virusa necə qalib gəlinəcəyinə dair konkret cavab yoxdur. Yoxsulluq, işsizlik, aclıq kimi problemləri koronavirus daha da ağırlaşdırır. Ekspertlərin fikrincə, dünya iqtisadiyyatını 1933-cü ildən bəri görünməyən bir tənəzzül gözləyir. Dünyanın hər bir yerində koronavirus tam aradan qalxmayınca dünyanın başqa bir yerində rahat olmaq mümkün olmayacaq. Müəyyən ölkələrdə açılmalar olandan sonra virusun yayılmasına görə yenidən qapanmalara gedildi".
