Bu ölkədə səfirliyimiz təsis olundu - Sərəncam
- 17.10.2025, 18:30,
- Siyasət
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.“Qanunyolutv.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:1.1. Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin”.