Ramiz Vəliyevə bu cəza verildi
- 16.10.2025, 15:30,
- Siyasət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan diplomat Ramiz Vəliyevin məhkəmə araşdırması başa çatıb.“Qanunyoluttv.az”-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, Ramiz Vəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilib. Qeyd edək ki, sabiq diplomat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
Ramiz Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.