Onlara yeni vəzifə verildi
- 24.09.2025, 14:30,
- Siyasət
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişiklikləri həyata keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı AQTA sədri Qoşqar Təhməzli müvafiq əmrlər imzalayıb.
Belə ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri
Mansur Piriyev bir müddət əvvəl Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini
İlkin Kərimov təyinat alıb. Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə
Hüsniyyə Həsənova təyin olunub.
Hüsniyyə Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025 illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nda baş direktorun katibliyində PR və KSM layihələr icra edib.