Fələstin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.“Qanunyolutv.az” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Allah-Təaladan Zati-alinizə cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyir, eləcə də fəxr duyduğumuz ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsini arzulayıram.
Xahiş edirəm, səmimi qardaşlıq salamlarımı qəbul edəsiniz”.
****
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:“Möhtərəm İlham Heydər oğlu, əziz Qardaşım.
Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən müdrik daxili və
xarici siyasət nəticəsində Azərbaycan bütün sahələrdə əhəmiyyətli nailiyyətlərə imza atır, onun beynəlxalq arenadakı nüfuzu və mövqeyi durmadan yüksəlir.
Əhalinin yaşayış səviyyəsini ardıcıl surətdə yüksəltməyə xidmət edən genişmiqyaslı islahatlarınız, ölkə miqyasında aparılan böyük quruculuq işləri, xüsusilə də yeni, gözəl şəhərlərin salınması və müasir infrastruktur obyektlərinin inşası bizi əsl qardaş kimi sonsuz dərəcədə sevindirir.
Son illər ərzində birgə həyata keçirdiyimiz sistemli fəaliyyətlər nəticəsində ortaq tarix, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanan əlaqələrimiz dövlətlərarası münasibətlərin yüksək zirvəsi - ittifaq səviyyəsinə yüksəldi.
Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizinlə keçirdiyimiz danışıqlar zamanı əldə olunan əhəmiyyətli razılaşmalar və böyük layihələr, qəbul edilmiş “yol xəritələri”nin tam şəkildə reallaşması strateji tərəfdaşlığımıza yeni təkan, xalqlarımızın ümumi rifahına böyük töhfə verəcəkdir.
Xüsusilə, razılaşdığımız kimi, əməkdaşlığımızı kimya, neft-qaz, dağ-mədən, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, farmasevtika, tikinti materialları və bank-maliyyə sahələrində genişləndirərək on yeni istiqamət üzrə sürətlə inkişaf etdirməyə yönəlmiş böyük planlarımızın tam həyata keçəcəyinə inanıram.
Fürsətdən istifadə edərək, ölkənizin həyatındakı bu əlamətdar tarix münasibətilə bir daha təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətənin inkişafı yolundakı şərəfli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və davamlı tərəqqi arzu edirəm”.
****
İspaniyanın Kralı VI Felipe:“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm”.
****
Koreya Prezidentinin səlahiyyətlərini icra edən, Baş nazirin müavini və təhsil naziri Li Cu Ho:“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin daha da inkişaf edəcəyinə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid edirəm.
Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı rifah arzu edirəm”.
****
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:“Hörmətli cənab Prezident.
Sizi və bütün Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə BP şirkəti adından səmimi-qəlbdən təbrik edirəm.
Otuz ildən artıqdır ki, davam edən uğurlu və məhsuldar əməkdaşlığımızı yüksək dəyərləndirir və ölkənizin dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu illər ərzində birgə əldə etdiyimiz nailiyyətlər və qarşılıqlı etimad bizim üçün çox böyük əhəmiyyət kəsb edir.
BP şirkəti olaraq, bu səmərəli tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcəyinə inanırıq.
Zati-aliləri, Sizi bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi tərəqqi və inkişaf arzu edirəm”.
****
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev:“Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan milli suverenlik illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, geniş beynəlxalq nüfuz qazanıb.
Respublika bu gün Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində kompleks dövlət islahatları yolunda inamla irəliləyir.
Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının tərəqqisinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək, bizim Müstəqil Dövlətlər Birliyi çərçivəsində məhsuldar əməkdaşlığımız isə möhkəmlənəcək və inkişaf edəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.
****
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer:“Cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə mən və həyat yoldaşım Şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha aydın canlanaraq dərin iz saldı. İcazə verin, fürsətdən istifadə edərək Bakıda səmimi qəbula görə bir daha şəxsən Sizə və xanımınıza təşəkkürümü bildirim. Almaniya dövlətinin başçısının Azərbaycana bu ilk səfəri ölkələrimiz arasındakı sıx münasibətlərin əlamətidir.
Mən ikitərəfli əlaqələrimizin genişləndirilməsində çox maraqlıyam. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Çoxsaylı silahlı münaqişələr və yeni gərginliklər qarşısında biz birlikdə ciddi çağırışlarla üzləşirik. Buna görə də mən Sizin regionda sülhün bərqərar olunması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirir və Sizə tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıram.
Sizə və həmvətənlərinizə sülh, əmin-amanlıq və möhkəm cansağlığı diləyirəm”.
****
İtaliya Prezidenti Sercio Mattarella:“Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi, dost Azərbaycan xalqına firavan gələcəklə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Son illərdə əlaqələrin getdikcə intensivləşməsi, xüsusilə də ötən ilin sentyabr ayında Sizin Romaya etdiyiniz dəyərli səfər münasibətlərimizin gələcəyinə inamla baxmağa imkan verir. Bu isə ortaq maraq doğuran bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişafı üçün ideal zəmin yaradır.
Daimi dialoq və qarşılıqlı anlayış həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər kontekstində İtaliya tərəfindən ardıcıl olaraq təşviq olunan vasitələrdir. Məqsədimiz bugünkü mürəkkəb beynəlxalq şəraitdə yaxşı qonşuluq əlaqələrini, regional sabitliyi və ümumi inkişafı dəstəkləməkdir.
Cənab Prezident, bu əlamətdar gün münasibətilə İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram”.
****
Bolqarıstan Prezidenti Rumen Radev:“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi, əmin-amanlıq, firavanlıq və rifah arzularımı çatdırıram.
Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Ölkələrimiz arasında qurulan sıx və səmərəli əməkdaşlıq, xalqlarımız arasındakı qarşılıqlı hörmət ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün sabit təməldir.
Əminəm ki, ötən ilin mayında Bakıya rəsmi səfərim və noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı keçirdiyimiz görüşlər və danışıqlarımız son illərdə ikitərəfli münasibətləri xarakterizə edən intensiv siyasi dialoqun davam etdirilməsinə töhfə verdi.
İnanıram ki, biz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin mühüm rəmzi kimi yaxın gələcəkdə Veliko Tırnovo şəhərində “Şuşa parkı” layihəsini həyata keçirəcəyik.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Hörmətli cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm”.
****
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev:“Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu bayram xalqınızın ümummilli birliyini və yaradıcı ruhunu təcəssüm etdirir, dövlətçiliyin gələcəkdə də möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
İnanıram ki, Azərbaycan Sizin rəhbərliyinizlə mütərəqqi dövlətin gücünün artırılmasına, həmçinin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strategiyanın uğurla həyata keçirilməsini davam etdirəcəkdir.
Sevindirici haldır ki, Qazaxıstan-Azərbaycan münasibətləri çoxəsrlik dostluq əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dinamik inkişaf edir.
Əminəm ki, biz çoxtərəfli dövlətlərarası əməkdaşlığın yeni zirvələrə yüksəlməsini təmin edərək birgə səylərlə nailiyyətlərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.
****
İsrail Prezidenti İsxak Hersoq:“Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram. İsrail xalqı ölkələrimiz arasındakı dostluq münasibətlərini qeyd etməkdə mənə qoşulur.
Həm İsrail, həm də regionumuz üçün sabitlik mayakı olan Azərbaycanla strateji tərəfdaşlığımız Yerusəlimdə yüksək qiymətləndirilir. Siz regional sülhün əldə olunmasında səylər göstərməyi prioritet müəyyən etmisiniz, bu da Azərbaycanın dialoq və diplomatiya üçün mühüm platformaya çevrilməsinə səbəb olub.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi tərəqqinin və rifahın parlaq nümunəsinə çevrilib. Ölkəniz dini tolerantlığın və anlaşmanın gözəl modeli hesab olunur və burada cəmiyyətin bütün təbəqələri harmoniya içərisində yaşayırlar. Həqiqətən də antisemitizmin bütün dünyada yayıldığı bir dövrdə Azərbaycan harmoniya içərisində birgəyaşayışın parlaq nümunəsidir.
Xanım Mixalın və mənim gözəl ölkənizə səfərimiz zamanı keçirdiyimiz görüşləri həmişə xatırlayacağam və mən prezidentlik dövrümdə ikitərəfli əlaqələrimizi daha da genişləndirmək üçün möhkəm dostluq təməlimizi inkişaf etdirməkdə çalışmağa sadiqəm. Təhlükəsizlik, innovasiya, enerji və ticarət kimi çox əhəmiyyətli sahələr də daxil olmaqla, ortaq məqsədlərimizə nail olmaq üçün imkanlar çoxdur.
“Konstitusiya və Suverenlik İli”ni qeyd etdiyiniz bir vaxtda, bilin ki, İsrail Dövləti uğurlarınıza və nailiyyətlərinizə sevinir.
Bir daha bu əlamətdar gündə səmimi təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı əmin-amanlıq, firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Əziz dostuma hörmətlə və ən xoş arzularla”.
****
Tacikistan Prezidenti Emoməli Rəhmon:“Hörmətli İlham Heydər oğlu.
Sizə və dost Azərbaycan Respublikasının bütün xalqına ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə inkişaf yolunda ardıcıl şəkildə və qətiyyətlə irəliləyir, ölkənizin beynəlxalq aləmdəki nüfuzu möhkəmlənir.
Tacikistan və Azərbaycanı dostluq və qarşılıqlı hörmətə əsaslanan tarixi ənənələr birləşdirir.
Tacikistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli və ardıcıl inkişafı ölkəmizin xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Əminliyimi bildirirəm ki, birgə səylərimiz sayəsində ölkələrimizin malik olduğu böyük potensialdan istifadə etməklə dövlətlərarası münasibətlərimizi bundan sonra da möhkəmləndirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar, dost və qardaş Azərbaycan xalqına isə davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram”.
****
Xorvatiya Prezidenti Zoran Milanoviç:“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****
Tailandın Kralı Maha Vaçiralonqkorn:“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza rifah və firavanlıq diləyirəm.
Diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq müddətdə Tailand və Azərbaycan arasında dostluq əlaqələri, xüsusilə də ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlıq inkişaf etmişdir.
Əminəm ki, Zati-alinizin güclü dəstəyi ilə ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığımızın genişlənməsi istiqamətində daha çox uğur əldə edəcəyik”.
****
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova:“Zati-aliləri.
İcazə verin, milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan səmimiyyətlə təbrik edim, firavanlıq və tərəqqi arzularımı çatdırım.
Bu mühüm tarix Azərbaycan Respublikasının beynəlxalq arenada təkcə siyasi sahədə deyil, həm də texnologiya, innovasiya və elm sahələrində qəti addımlarla öz rolunu gücləndirməkdə davam edən əzmkarlığı, suverenliyi və inkişafı ilə əlamətdardır. Tarixlə müasirliyi mükəmməl şəkildə birləşdirən, uzun müddət yaddaşımda qalacaq bir ölkə olan Azərbaycana bu yaxınlarda rəsmi səfərim zamanı buna həqiqətən də əmin oldum.
Bu xoş fürsətdən istifadə edərək, qonaqpərvərliyinizə və ikitərəfli münasibətlərə yeni ruh və məzmun gətirəcəyinə əmin olduğum konstruktiv danışıqlara görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm.
Sizin strateji tərəfdaşlığa hazır olmağınızdan ruhlanaraq mən də böyük inamla və nikbinliklə qarşılıqlı maraq doğuran bütün sahələrdə, ilk növbədə enerji, ticarət, təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün səylər göstərəcəyəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayıram.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı ifadə edirəm”.
****
Filippin Prezidenti Ferdinand Romualdez Markos:“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Filippin Respublikasının Hökuməti adından Sizi və xalqınızı təbrik edirəm.
Filippin və Azərbaycan sülhpərvər, mütərəqqi və firavan ölkələr kimi ortaq dəyərləri bölüşürlər.
Xalqlarımızın rifahı naminə səy göstərdikcə, qoy, ölkələrimiz arasında tərəfdaşlıq dərinləşməkdə davam etsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****
ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer:“Zati-aliləri.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və sevimli Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.
Azərbaycanı regional liderə və mühüm qlobal rolunun getdikcə artdığı bir dövlətə çevirən uzaqgörən liderliyinizi, müdrikliyinizi və güclü prinsiplərinizi alqışlayıram. Azərbaycanın sülh şəraitində birgəyaşayış modeli dünyada uğur qazanıb. Ölkənizin əsrlər boyu dinlərarası və mədəni harmoniya baxımından əldə etdiyi nailiyyətlər müasir dünyamız üçün ruhlandırıcıdır.
Bu əlamətdar günü qeyd edərkən əmin olun ki, mən bir dost kimi müsəlman-yəhudi münasibətlərinin möhkəmləndirilməsi üçün uzun illər davam edən tərəfdaşlığımıza çox böyük önəm verirəm.
Ölkənizə etdiyim çoxsaylı səfərlər məndə Azərbaycan xalqının qonaqpərvərliyi və səxavəti ilə bağlı olduqca xoş xatirələr yaradıb.
Bu bayram münasibətilə Sizə və bütün dünya azərbaycanlılarına xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram.
Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm”.
****
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikov:“Möhtərəm cənab Prezident.
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktorluğunun və beynəlxalq kollektivinin adından Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sözsüz ki, dövlətin inkişafında ən mühüm amillərdən biri elm və texnikanın tərəqqisidir. Hazırda, əsasən, ölkə rəhbərliyinin yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda elmi-texniki potensialın artırılması üçün geniş imkanlar və perspektivlər yaradılır.
Azərbaycan Respublikasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv olduğu illər ərzində fundamental və tətbiqi elmlər sahəsində birgə tədqiqatlar üzrə zəngin təcrübə toplanıb, dostluq, etimad və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan səmərəli əməkdaşlığımızın inkişafı və daha da möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradılıb.
Əminəm ki, Azərbaycanın elmi-tədris mərkəzləri ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında zamanın sınağından çıxmış əlaqələr elmi əməkdaşlığımızın davamlı şəkildə genişlənməsinə, o cümlədən ölkəniz və institutumuzun bütün üzv dövlətləri üçün qarşılıqlı maraq doğuran praktiki məqsədlərin həyata keçirilməsinə töhfə verəcək.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.
****
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov:“Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycanın bütün sakinlərini səmimi-qəlbdən təbrik edirəm.
Tarixi irsə və zəngin mədəni ənənələrə malik olan Azərbaycan bu gün dinamik inkişaf edən dövlətlər sırasında haqlı olaraq layiqli yer tutur.
Sizin müdrik rəhbərliyinizlə ölkə iqtisadiyyatdan tutmuş beynəlxalq mədəni əməkdaşlığa qədər bütün sahələrdə mühüm uğurlar əldə edib.
Azərbaycanın əsas qürur mənbəyi onun istedadlı, zəhmətkeş və qonaqpərvər xalqıdır. Məhz bu keyfiyyətlərin sayəsində respublika gələcəyə inamla addımlayarkən, eyni zamanda, özünəməxsus kimliyini qoruyub saxlayır.
Biz Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərkib hissəsi olan Qaraçay-Çərkəz Respublikası arasında inkişaf etmiş dostluq münasibətlərini və səmərəli əməkdaşlığı yüksək qiymətləndiririk.
Əminəm ki, respublikaların sakinlərinin rifahı naminə əlaqələrimiz bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.
****
Gürcüstanın Baş naziri İrakli Kobaxidze:“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zatı-aliləri.
Sizi Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Gürcüstan Hökuməti və gürcü xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
28 May tarixi əhəmiyyət daşıyan bir gündür və Azərbaycan xalqının azadlıq arzusunun və müstəqilliyinin rəmzidir.
Dostumuz və strateji tərəfdaşımız Azərbaycanın uğurları və inkişafı bizi səmimi-qəlbdən sevindirir. Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında ümumi maraqlara, regionun inkişafına və sabitliyinə yönələn möhkəm tarixi dostluq və əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcəkdir.
Müstəqilliyin bu əlamətdar günündə Sizə daim firavanlıq, tərəqqi və dövlət quruculuğu yolunda daha da böyük uğurlar arzulayıram.
Cənab Prezident, Sizə dərin ehtiramımı ifadə edir və ən xoş arzularımı çatdırıram”.