Mehriban Əliyeva gəncləri təbrik etdi
- 02.02.2025, 12:30,
- Siyasət / Xəbər
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.“Qanunyolutv.az” xəbər verir ki, Azərbaycan gənclərinə təbriklərini çatdıran Mehriban Əliyeva paylaşımında qeyd edib:
“Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!”Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.