Kamran Əliyevdən yeni - Təyinatlar
- 24.01.2025, 14:30,
- Siyasət
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Siyəzən rayonuna yeni prokuror təyin edilib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayııb.
Əmrə əsasən, Sumqayıt şəhər prokurorunun müavini
İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.
2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, habelə Bakı Şəhər Prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Baş prokurorun digər Əmri ilə
Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.
2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Yusif Novruzov əvvəllər Qaradağ Rayon Prokurorluğunun müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.
Bu təyinata qədər Yusif Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.
