Əsgər Budaqov: Qalib sərkərdə, qalib Lider Cənab İlham Əliyevi təbrik edir!
- 23.12.2024, 23:47,
- Siyasət / Gündəm / Xəbər
Baxılıb: 117
Facebook
Вконтакте
Одноклассники
Google+
Ehtiyatda olan Polis Polkovniki
Əsgər BudaqovÇox hörmətli cənab Prezident!Mən, ehtiyatda olan Polis Polkovniki Əsgər Budaqov, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə həyatda sağlam ömür, xoş və firavan həyat, apardığınız xarici və daxili siyasətinizdə daima uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram. Azərbaycan Respublikasının Prezidenti olaraq ölkəmizin inkişafı, xalqımızın rifahı istiqamətində apardığınız işləriniz eləcədə müdrik rəhbərliyiniz hər zaman dərin hörmət və ehtiramla qarşılanır.
Sizin liderliyiniz altında Azərbaycan böyük nailiyyətlər əldə edib, beynəlxalq arenada öz mövqeyini gücləndirib, sosial-iqtisadi inkişafda mühüm irəliləyişlər müşahidə olunur. Siz həmçinin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün göstərdiyiniz qətiyyətli fəaliyyətinizlə bütün dünyada nüfuz qazanmış bir şəxsiyyətsiniz.
Cənab Prezident Sizin xüsusiyyətləriniz yalnız siyasi həyatın deyil, həm də cəmiyyətimizin hər bir üzvü tərəfindən böyük rəğbətlə qarşılanır. Mən şəxsən Sizə olan dərin hörmət və təşəkkürümü ifadə etmək istəyirəm. Sizin davamlı və yorulmaz işləriniz Azərbaycanı daha parlaq gələcəyə doğru aparır.
Siz hər zaman müdrikliyiniz, qətiyyətiniz və insanpərvərliyinizlə nümunə olmusunuz. Uğurlarınızın davamını arzulayır, Azərbaycan xalqının rifahı və yaxşı gələcəyi naminə göstərdiyiniz əzmkarlığı dəstəkləyirəm.
Cənab Prezident bizə qələbənin, zəfərin sevincini yaşatdığınız, xalqımıza birlik bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Müzəffər Ali baş Komandanımız, Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə həyatda sağlam ömür, sevinc dolu günlər, xarici və daxili siyasətinizdə daima uğurlar, yeni-yeni qələbələr arzulayıram!AD GÜNÜNÜZ MÜBARƏK QALİB SƏRKƏRDƏ!Hörmətlə: Əsgər Budaqov
Ehtiyatda olan Polis Polkovniki
