İranın xarici işlər naziri Azərbaycana gəldi - Yenilənib
- 04.07.2023, 20:30,
- Siyasət
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana gəlir.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Məlumata görə, artıq Bakıya yola düşən Abdullahian paytaxtımızda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Bunda başqa, İran XİN rəhbərinin səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmilərlə görüşü planlaşdırılır.
****
İran XİN rəhbəri artıq Azərbaycandadır. O, bu barədə tviter hesabında yazıb:“Mən Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdim. Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir. Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.