İcra başçısı vətəndaşların evlərində olub - Foto

  • 16.04.2020, 20:44,
  • Siyasət
  • Baxılıb: 30
İcra başçısı vətəndaşların evlərində olub - Foto













Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq, yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq başladılan yardım aksiyası zamanı aztəminatlı ailələr də diqqətdən kənarda qalmır.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov tənha ahıl şəxslərin, habelə yaşayış gəlirləri aşağı olan ailələrin evlərində olub, onların sosial problemləri ilə maraqlanıblar.

Sözügedən şəxslərlə profilaktik söhbət aparılıb, onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi bir daha xatırladılıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir. Sözsüz ki, dövlətimiz tərəfindən bu istiqamətdə bütün zəruri addımlar atılır. Bu işdə yerli icra orqanları, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyəti də var gücü ilə çalışır”.

Aztəminatlı ailələr və tənha ahıl şəxslərə Gəncə Şəhər İcra Hakimiyyəti adından ərzaq yardımı da edilib. Gəncədə ehtiyac sahiblərinə ərzaq yardımı bir neçə müddətdir ki, davam edir.
İcra başçısı vətəndaşların evlərində olub - Foto
İcra başçısı vətəndaşların evlərində olub - Foto
İcra başçısı vətəndaşların evlərində olub - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter