DTX-nin əməliyyatında nazir müavini də saxlanıldı

  • 01.11.2022, 13:30,
  • Siyasət
  • Baxılıb: 55
DTX-nin əməliyyatında nazir müavini də saxlanıldı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Yeri gəlmişkən, DTX 2020-ci ilin mayında da Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, həmin vaxt da nazir müavinlərindən biri Rafiq Bayramov saxlanılmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter