Daha 78 müharibə iştirakçısı polisdə işə qəbul edildi - Video

  • 27.10.2022, 17:30,
  • Siyasət
  • Baxılıb: 40
Daha 78 müharibə iştirakçısı polisdə işə qəbul edildi - Video

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 26-da və 27-də Bərdədə qəbul keçirib.

"Qanunyolutv.az" xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının 152 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Daha 78 müharibə iştirakçısı polisdə işə qəbul edildi - Video

Daha sonra Vilayət Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 325 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 78-i Vətən müharibəsi iştirakçısı olub.
Daha 78 müharibə iştirakçısı polisdə işə qəbul edildi - Video

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter