Eldar Mahmudovun ölüm xəbəri yayıldı - Vəkildən açıqlama

  • 02.03.2022, 13:00,
  • Siyasət
  • Baxılıb: 34
Eldar Mahmudovun ölüm xəbəri yayıldı - Vəkildən açıqlama

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəfat etməsi xəbəri yayılıb.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.

Bildirilir ki, keçmiş nazir ötən axşam ürək çatışmazlığından dünyasını dəyişib.

Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Qeyd edək ki, 65 yaşlı Eldar Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib.
****

Yaxınları isə sözügedən məlumatı nə təsdiq, nə də təkzib edib.
****

Eldar Mahmudovun ölümü ilə bağlı məlumatın yalan olduğunu onun ailə vəkili Cavid Rzazadə açıqlamasında bildirib: “Yayılan məlumatlar həqiqətə uyğun deyil. Qoy, hər kəs öz yalanında boğulsun”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter