İlham Əliyev xanımı ilə Rusiyada sərgiyə qatıldı - Video
- 23.02.2022, 14:00,
- Siyasət
Baxılıb: 41
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada TASS informasiya agentliyinin binası qarşısında “TASS və AzərTac kadrlarında Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi” adlı sərgi ilə tanış olublar.“Qanunyolu.info.az” TASS-a istinadən xəbər verir ki, sözügedən sərgi TASS və AzərTacın birgə layihəsidir.
Sərgidə, həmçinin TASS-ın baş direktoru Sergey Mixaylov və digər rəsmi şəxslər iştirak ediblər.
Sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.