2020-ci il “Könüllülər ili” elan edildi
- 30.12.2019, 22:08,
- Siyasət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. “Qanunyolu.info.az" xəbər verir ki, sənəddə deyilir:
1. 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.