“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olundu

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olundu

“Azərbaycan” Nəşriyyatına yeni baş direktor təyin olunub.

“Qanunyolu.info.az”-ın Report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

Leyla xanım Güləliyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, Leyla Güləliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter