İlham Əliyev Vyetnam Prezidentini təbrik edib
- 01.09.2021, 17:00,
- Siyasət
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuka məktub ünvanlayıb. “Qanunyolu.info.az” xəbər verir ki, məktubda deyilir:
“Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ənənəvi Azərbaycan-Vyetnam dostluq əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr, iqtisadi və humanitar sahələrdə sıx təmaslar mövcuddur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz həmçinin çoxtərəfli formatda səmərəli əməkdaşlığımızla müşayiət olunur.
İnanıram ki, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram”.
