Kəbirli kənd sakinləri deputatı niyə qovub? (AÇIQLAMA-VİDEO)

Kəbirli kənd sakinləri deputatı niyə qovub? (AÇIQLAMA-VİDEO)

81 saylı Beyləqan seçki dairəsini təmsil edən deputat Şahin İsmayılovun rayonun Kəbirli kəndində seçiciləri ilə görüş zamanı baş vermiş narazılıqla bağlı videgörüntülər yayılıb.

Unikal.org saytında yayılmış videoda seçicilər deputatın fəaliyyətindən narazı olduqlarını dilə gətiriblər. Eyni zamanda, bildiriblər ki, bu günə kimi millət vəkilinə yazdıqları ərizələr müsbət istiqamətdə həllini tapmayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məsələylə bağlı Şahin İsmayılovla əlaqə saxlasa da, zənglərimizə cavab verməyib.

Sözügedən kəndin icra nümayəndəsi Bakir Ağayev isə saytımıza bildirib ki, ötən gün kənddə şəhid bulağının açılışı olub: “Həmin açılışda da şəhid ailələri iştirak edirdilər. Bizim kənd Vətən müharibəsində 17 şəhid verib. Ailələr deputata narazılıq etdilər ki, müharibə günlərində Şahin İsmayılov onlarla maraqlanmayıb. Ona görə də deputatdan kənddən çıxıb getməsini istədilər”.

Bizdə "Qanunyolu.info.az" kollektivi adından Beyləqan rayonun Kəbirli kənd sakinlərinə atdıqları bu düzgün addımlarına çox sağ ol deyib, onları alqışlayırıq. Var olsun mərd, igid, qorxmaz Kəbirli kənd sakinləri!!!

#BizBirlikdəGüclüyük!!!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter