Prezident ailəsi ilə Qəbələ rayonuna səfərə gəlib - Foto+Video

  • 15.05.2021, 12:00,
  • Siyasət
  • Baxılıb: 43
Prezident ailəsi ilə Qəbələ rayonuna səfərə gəlib - Foto+Video

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər.

"Qanunyolu.info.az" xəbər verir ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Prezident ailəsi ilə Qəbələ rayonuna səfərə gəlib - Foto+Video

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.
Prezident ailəsi ilə Qəbələ rayonuna səfərə gəlib - Foto+Video

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlət başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.
Prezident ailəsi ilə Qəbələ rayonuna səfərə gəlib - Foto+Video

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.
Prezident ailəsi ilə Qəbələ rayonuna səfərə gəlib - Foto+Video

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Prezident ailəsi ilə Qəbələ rayonuna səfərə gəlib - Foto+Video

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter