Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət
- 27.01.2022, 16:30,
- Səhiyyə / Xəbər
Baxılıb: 61
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 515 vaksin vurulub.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, “buster” doza üzrə isə 24 749 vaksin vurulub.
Vurulan vaksinlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə 4 736 905 nəfər təşkil edir. Ümumilikdə isə 1 946 117 “buster” doza vurulub.