Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət
- 06.01.2022, 17:30,
- Səhiyyə / Xəbər
Baxılıb: 278
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 482 vaksin vurulub.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 457, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 431 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 11 407 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 175 536, ikinci mərhələ üzrə 4 684 670 nəfər təşkil edir.
Ümumilikdə isə 1 547 241 “buster” doza vurulub.