Üç nəfərə “Tərəqqi” medalı verildi
- 17.03.2021, 21:30,
- Mədəniyyət / Xəbər
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb."Qanunyolu.info.az" xəbər verir ki, sərəncama əsasən, muzeyin üç əməkdaşına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Bunlar aşağıdakılardır:Bəşirli Xatirə Bədrəddin qızı
Sadırxanov Ridvan Sultanoviç
Şamilova Kübra Əsədulla qızı.Prezidentin digər sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli “Əmək” ordeni iləƏlibəyli Şəfəq Ənvər qızı“Tərəqqi” medalı iləAllahyarov Kamil Hüseyn oğlu
Əliyeva Fatma Oruc Kuli qızı
Səfiyeva İnarə Bahadur qızı.