Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib

Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib

Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanov həbs edilib.

"Qanunyolu.info.az" xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun sədrliyi ilə baxılır. Bir müddət əvvəl həbs olunan 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə bu gün də növbəti məhkəmə iclası baş tutub.
Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib

Bugünkü iclasa Alim Qasımovun ailə üzvləri gəlmədiyi üçün proses sentyabrın 30-na təxirə salınıb.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.
Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib

O, Alim Qasımovun qızı və xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur.

Xatırladaq ki, Fərqanə Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.
Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter