Marketin qarşısında bıçaqlanan şəxs xəstəxanada öldü

  • 18.02.2021, 16:00,
  • Kriminal
  • Baxılıb: 26
Marketin qarşısında bıçaqlanan şəxs xəstəxanada öldü

Fevralın 18-də saat 12 radələrində bıçaq xəsarəti ilə ağır vəziyyətdə olan naməlum şəxsin Göyçay rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib, zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.

Hazırda cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter