Ötən gün cinayət törədən 48 nəfər saxlanılıb

  • 30.01.2021, 11:20,
  • Kriminal
  • Baxılıb: 51
Ötən gün cinayət törədən 48 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, yanvar ayının 29-da törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter