Prokuror Əkbər Həsənovun həbsini tələb edir

  • 28.01.2021, 16:30,
  • Kriminal
  • Baxılıb: 48
Prokuror Əkbər Həsənovun həbsini tələb edir

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri - Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin məhkəməsi keçirilib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə baxış iclası olub.

Sonuncu iclasda dövlət ittihamçısı çıxış edərək İlqar Hacıyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ev dustaqlığında olan Əkbər Həsənovun 10 il, Orxan Qasımovun 8 il 6 ay, Tural Hacızadə, Təbriz Əliyevin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilmələrini və hər biri barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Təqsirləndirilənlərdən yalnız İlqar Hacıyev həbs edilib.

İ. Hacıyevin vəkili Ramil Məmmədzadə isə məhkəmə istintaqının yenilənməsi ilə bağlı vəsatət verəcəyini deyərək sabiq nazir Hüseynqulu Bağırovun məhkəməyə dəvət edilib dindirilməsini istəyib.

İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Nazirliyə dəymiş zərər 541 min manatdır. İbtidai istintaq və məhkəmə istintaqı dövründə 451 min manatlıq ziyan ödənilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter