Əvəz Zeynallı yenidən komissiyadan keçiriləcək - Yenilənib

  • 24.04.2025, 16:00,
  • Kriminal
  • Baxılıb: 4
Əvəz Zeynallı yenidən komissiyadan keçiriləcək - Yenilənib

Bu gün jurnalist Əvəz Zeynallı və media eksperti Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün məhkəməyə edilmiş müraciətlərə baxılacaq.

“Qanunyolutv.az”-ın məlumatına görə, hər iki media nümayəndəsinin xəstəliyi ilə bağlı həbsdən azad edilməsi istənilir.

İlk proses Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:30-a təyin edilib. Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti “Toplum Tv” işi üzrə ittiham olunan Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti üzrə qərarını açıqlayacaq. Vəsatətə əsas kimi təqsirləndirilən şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib.

Saat 15:30-da isə Nizami Rayon Məhkəməsində Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Burada qərarı hakim Nigar Qədirli qəbul edəcək.

Bu yaxınlarda Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkar edilib. Ərizənin təmin edilməsi üçün də əsas olaraq bu göstərilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər.
****

Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçiriləcək. Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib. Hakim komissiya keçirilənə qədər prosesin təxirə salındığını elan edib.
****

Ələsgər Məmmədlinin cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət təmin edilməyib. Alternativ olaraq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı qaldırılmış vəsatətə isə bugünkü iclasda münasibət bildirilməyib. Bu səbəbdən hazırlıq iclası mayın 5-i davam edəcək.

Qeyd edək ki, Ələsgər Məmmədli ötən il həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması indi başlayıb. Əvəz Zeynallı isə ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter