165 minlik dələduzluqda ittiham olunur - Foto
- 29.01.2025, 12:00,
- Kriminal
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqda şübhəli bilinən şəxs saxlanılıb."Qanunyolutv.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 58 yaşlı Rasim Həsənov zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri-yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verib.
Sözügedən vədlərinin qarşılığında saxlanılan şəxs 165 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
“Rasim Həsənovun digər analoji cinayətlərdə də iştirakı istisna olunmur. Həmin şəxsin qanunsuz əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər”-nazirlik çağırış edir.