Küçədə iti baltalayan şəxs saxlanıldı - Yenilənib
- 13.08.2024, 17:00,
- Kriminal
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dsk yolu” adlanan ərazidə naməlum şəxs balta ilə itə ağır zərbələr endirib.Hadisəni əks etdirən görüntüləri Baku.ws yayıb.
Bildirilib ki, bu gün günorta saatlarında əlində balta olan şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib: “Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.
"Qanunyolutv.az" xəbər verir ki, mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntü araşdırılır: “Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.
****
Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən, əvvəllər iki dəfə məhkum edilmiş, 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.
