Dələduzluqla məşğul olan keçmiş məhkum həbs edildi.
- 03.06.2024, 10:30,
- Kriminal
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən tutulub.“Qanunyolutv.az” xəbər verir ki, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü Arzu Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Müvafiq qərarla Arzu Orucov barəsində həbs qərarı qəbul edilib. Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Arzu Orucovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
Məlumatı DİN-in Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.