Təkər partladı, usta öldü

  • 04.05.2020, 23:43,
  • Kriminal
  • Baxılıb: 12
Təkər partladı, usta öldü












Lənkəranda usta təkərin partlaması nəticəsində vəfat edib.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, hadisə mayın 3-ü saat 18 radələrində rayonun Şirinsu kəndində baş verib.

Avtomobil təmiri sexində qaynaq ustası işləyən 1981-ci il təvəllüdlü Ağakişiyev Anar Ağamusa oğlu “KamAZ” markalı yük maşınının təkərinin diski üzərində qaynaq işləri aparan zaman təkər partlayıb. Nəticədə A.Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Maşının sahibi, 1979-cu il təvəllüdlü Eldəniz şükürov da yaxınlıqda olduğu üçün ağır bədən xəsarətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter