14 yaşlı qızla evlənən şəxs həbs edildi

  • 17.05.2023, 18:00,
  • Kriminal
  • Baxılıb: 2
14 yaşlı qızla evlənən şəxs həbs edildi

Mayın 16-da Astara Rayon Məhkəməsində 14 yaşlı qızla evləndiyinə görə barəsində cinayət işi açılmış 29 yaşlı Samir Babayevə (şərti) hökm oxunub.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, S.Babayev Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib. Ona 9 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilərək cəzasını çəkəcəyi yerə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, fəhləliklə məşğul olan Samir 2022-ci ilin sonlarında Şəmkirdə olarkən 14 yaşlı Aybikə (şərti) ilə tanış olub və onlar bir-birlərinə nömrələrini veriblər. Bundan sonra mütəmadi əlaqə saxlayıblar və qız Samirə onu qaçırmasını bildirib. Bu il yanvarın 7-də Samir Şəmkirə gedərək Aybikəni Bakıya qaçırıb, bir gün sonra isə yaşadığı Astara rayonuna aparıb və orada ər-arvad kimi yaşamağa başlayıblar.

Bir neçə gün sonra polis əməkdaşları Astaranın kəndinə gələrək Samir və Aybikəni saxlayıblar və onları Şəmkirə aparıblar.

Yeniyetmə qız ailəsinə təhvil verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter